Yaponiyanın Mitsubishi şirkəti Rusiyada avtomobil istehsalını bərpa etməyi planlaşdırmadığını təsdiqləyib.
SİA-nın məlumatına görə, bu barədə Mitsubishi Motors-un qlobal kommunikasiyalar üzrə baş meneceri Yusuke Kawamoto bildirib.
Şirkət nümayəndəsinin sözlərinə görə, Rusiyada avtomobillərin yığılması hələ 2022-ci ilin aprelində dayandırılıb və hazırda onun tamamilə dayandırılması barədə yekun qərar qəbul edilib.
Mitsubishi qərargahı bu məsələ ilə bağlı heç bir əlavə şərh verməyib. Rusiya bazarından yeni avtomobillərin getməsinə baxmayaraq, MMS Rus MMC-nin nümayəndəliyinin fəaliyyəti davam etdirilir.
Şirkət bütün zəmanət öhdəliklərinin yerinə yetirilməsini, həmçinin əvvəllər satılan avtomobillərə xidmətin saxlanmasını təsdiqləyir.
Mitsubishi Rusiya bazarı ilə bağlı strategiyasını müəyyən edən yeganə Yapon brendi deyil. Bundan əvvəl Toyota da Rusiyaya avtomobil tədarükünə qayıtmağı planlaşdırmadığını açıqlamışdı.
Eyni zamanda, Mazda rəsmi zəmanətlə satışın bərpa olunduğunu elan edib və Suzuki brend zəmanət vermədən fəaliyyətini davam etdirir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə