...Çin hazırda Yer kürəsinin yaxınlığında yerləşən Kamoaleva asteroidinə doğru hərəkət edən “Tiyanven-2” kosmik gəmisinin çəkdiyi ilk görüntünü yayımlayıb.
SİA-nın məlumatına görə, bu barədə space.com portalı bildirib.
Çin Milli Kosmik İdarəsi qeyd edib ki, kosmik gəmi düzgün işləyir və Yerdən 3 milyon kilometrdən çox məsafədə yerləşir. Kosmik gəminin mühəndislik kamerası tərəfindən çəkilmiş fotoşəkildə NASA-nın Lusi missiyasının Yupiter yaxınlığında Troyan asteroidlərini araşdırmaq üçün istifadə etdiyinə bənzəyən iki dairəvi günəş panelindən biri göstərilir.
Bu, “Tiyanven-2”-nin real şəraitdə çəkilmiş və geniş auditoriyaya təqdim edilən ilk fotosudur. Əvvəllər yalnız bədii təsvirlər dərc olunurdu, cihazın təqdimatı isə real vaxt rejimində yayımlanmırdı.
“Tiyanven-2” kosmik gəmisinin Kamoalev asteroidinə 2026-cı ilin iyulunda çatacağı gözlənilir. Bundan sonra o, bir neçə ay orbitdə obyekti tədqiq edəcək.
Alimlərin fikrincə, asteroid Ayın güclü toqquşma nəticəsində ondan qopan fraqmenti ola bilər.
Tədqiqatlarını tamamladıqdan sonra “Tiyanven-2” nümunələr toplayaraq Yerə qayıdacaq.
2027-ci ilin sonunda “Tiyanven-2” kosmik gəmisi nümunələri geri qaytarma kapsulunda Yerə çatdıracaq. Bundan sonra o, planetimizin yaxınlığında cazibə qüvvəsinə köməkçi manevr edəcək və 2035-ci ildə çatacağı 311P/PANSTARRS kometinə doğru istiqamət götürəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə