Yeni Volkswagen krossoveri premyeradan əvvəl yollarda görünüb...

Avtomobil Almaniyada son sınaqlardan keçir...

...İkinci nəsil Volkswagen T-Roc-un casus fotoları internetə sızıb.

SİA-nın məlumatına görə, Autoevolution saytı xəbər verir ki, kompakt krossover benzin, dizel və hibrid versiyalarda təklif olunacaq.

Yeni 2026 Volkswagen T-Roc Almaniyada son sınaqdan keçir.

İkinci nəsil modelin təqdimatı avqust ayına planlaşdırılır. Volkswagen T-Roc krossoveri bir qədər kamuflyaj edilsə də, onun dizayn detalları hələ də görünür. Avtomobil heç bir ciddi dəyişikliyə məruz qalmayacaq və sələfinə bənzəyəcək.

2026 Volkswagen T-Roc sıldırımlı arxa pəncərə ilə tanış silueti saxlayır. Eyni zamanda, təkər tağları daha da genişləndirilib və ön hissə eyni MQB Evo platformasından istifadə edən müvafiq Volkswagen Golf 8-in ruhunda saxlanılıb.

Fotoda interyer göstərilməsə də, VW Golf 8-in hissələri Volkswagen T-Roc-un interyerində də görünəcək. Xüsusilə, 12,9 düymlük sensor ekran quraşdırılacaq.

Məlumdur ki, yeni Volkswagen T-Roc-da 1,5 və 2,0 litrlik benzin turbo mühərrikləri, eləcə də iki litrlik turbodizel saxlanılacaq və 300 at gücündən artıq yüklənmiş T-Roc R də gözlənilir.

Bundan əlavə, 1,5 litrlik hibrid versiyalar sırada görünəcək. Standart hibridin texniki xüsusiyyətləri hələ məlum deyil, lakin plug-in hibrid 204 at gücünə sahib olacaq. Lakin VW T-Roc kabriolet artıq istehsal olunmayacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə