Yaponiya rekord internet sürətinə nail olub...

Yapon İT tərtibatçıları 402 Tbps məlumat ötürmə sürəti rekordu vurmaqla əhəmiyyətli texnoloji sıçrayışa imza atıblar. Independent-ə görə, bu, Böyük Britaniyanın tipik genişzolaqlı sürətindən beş milyon dəfə yüksəkdir.

SİA-nın məlumatına görə, bu inanılmaz sürət bir saniyədə 12,5 min 4K film yükləməyə imkan verir.

Bu, Netflix-də baxmaq üçün mövcud olan filmlərin sayından təxminən üç dəfə çoxdur. Nəşr edilmiş hesabatda deyilir ki, 1808 kilometr məsafədə rekord qıran məlumat ötürülməsi 19 kanallı fiber-optik kabel vasitəsilə əldə edilib.

Yeri gəlmişkən, bir vaxt bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin peyk internet rabitəsinin iki il ərzində Rusiya Federasiyasının hər yerində istifadəyə verilməsi barədə göstəriş vermişdi, amma...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə