...Bazarda olan ən güclü Android smartfonu Çində təqdim olunub.
SİA-nın məlumatına görə, Phone Arena yazır ki, OnePlus nəinki rəqiblərini geridə qoyub, həm də yüksək səviyyəli cihazı üçün kifayət qədər münasib qiymət etiketi təyin edib. OnePlus Ace 5 Extreme Edition, MediaTek Dimensity 9400+ çipindəki qurğular arasında performans rekordu müəyyənləşdirdi və AnTuTu testində 3,22 milyon xal topladı. Müqayisə üçün qeyd edək ki, apreldə ən güclü telefonlar reytinqinin lideri 2,95 milyon bal toplayıb.
Rekord göstəriciləri ilə yanaşı, yeni OnePlus məhsulu güclü soyutma ilə seçilir.
İstehsalçı bildirir ki, istilik yayılması üçün buxarlanma kamerasının sahəsi 7300 kv mm-dir.
Qurğu həmçinin 1,5K təsvir ölçülü və 144 Hz təzələnmə tezliyinə malik 6,83 düymlük AMOLED displey, 100 Vt doldurmanı dəstəkləyən 6700 mAh batareya və 50 MP (Sony IMX906) və 8 MP təsvir ölçülü sensorlar əldə edib.
Ön kamera 16 meqapikseldir. OnePlus Ace 5 Extreme Edition-ın 12 GB RAM və 256 GB fleş yaddaşa malik əsas versiyasının qiyməti 295 dollardır.
Ən yüksək səviyyəli 16GB + 1024GB versiyası 460 dollara başa gəlir. Qlobal buraxılış tarixi hələ açıqlanmayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə