Ay süxurlarının maqnit xüsusiyyətlərinə sahib olduğu təsbit edildi...
...Bizim peykimizdə maqnit sahəsi yoxdur, lakin Ay süxurlarının maqnit xassələri aşkar edilib - MİT alimləri yeni izahat təklif ediblər.
SİA-nın məlumatına görə, onlar milyardlarla il əvvəl Ayda zəif bir maqnit sahəsinin mövcud olduğuna inanırlar.
...Bir gün nəhəng asteroid Ay ilə toqquşub, güclü şok dalğası və plazma buludu əmələ gətirir. Bu, Ayın maqnit sahəsini təxminən 40 dəqiqə ərzində qısa müddətə gücləndirdi - ətrafdakı qayaları maqnitləşdirmək üçün kifayət etdi. Tədqiqatçılar bunu nümunə kimi məşhur Imbrium kraterini yaradan zərbədən istifadə edərək modelləşdirdilər.
Onlar həmçinin təklif etdilər ki, zərbə qayaları silkələmiş və gücləndirilmiş maqnit sahəsinə uyğunlaşmaq üçün onların daxili strukturunu “yenidən konfiqurasiya etmişdi”.
Alimlər indi öz fərziyyələrinin təsdiqini Ay süxurlarının yeni nümunələrində, xüsusən də Artemidanın gələcək missiyaları ilə geri gətirilmiş nümunələrində axtarmağı planlaşdırırlar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə