Tesla Avropanın elektrikli avtomobil bazarında liderliyini itirir

Onu Çin avtomobil istehsalçısı BYD ötüb...

...Aprel ayının nəticələrinə görə, uzun aylar ərzində ilk dəfə olaraq Tesla Avropada yeni elektromobillər bazarında liderliyini itirib. Onu Çin avtomobil istehsalçısı BYD ötüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Aprelin ilk 30 günündə BYD AB-də illik müqayisədə 2,7 dəfə artaraq 7 231 elektrik avtomobili satıb.

...İki marka arasında mütləq satış rəqəmlərindəki fərq kiçik ola bilər, lakin nəticələr əhəmiyyətlidir. Bu, Avropa avtomobil bazarı üçün mühüm dönüş nöqtəsidir, - analitiklər qeyd edirlər.

Avropa İttifaqının Çin istehsalı olan elektrik avtomobillərinə qadağanedici tariflər tətbiq etməsinə baxmayaraq, aprel ayında Çindən elektriklə işləyən avtomobillərin Avropa satışı 2024-cü ilin eyni ayı ilə müqayisədə 59 faiz artıb.

Müqayisə üçün, Avropa, Yaponiya, Cənubi Koreya və ABŞ-dakı fabriklərdən elektriklə işləyən avtomobillərin ümumi satışı il ərzində cəmi 26 faiz artıb.

...Bu, Avropa avtomobil bazarı üçün dönüş nöqtəsidir. Tesla uzun illərdir ki, burada elektrikli avtomobil satışında şəksiz liderdir, BYD isə 2022-ci ilin sonuna qədər yalnız Norveç və Hollandiyada iştirak edirdi.

JATO Dynamics analitiki Felipe Munoz deyir bunu.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə