Yer kürəsini müşahidə etmək üçün unikal üsul hazırlanıb...

Peyk sürüsü bizə planetimizin istənilən nöqtəsini müşahidə etməyə imkan verəcək...

...Yeni metod planetimizin müşahidəsində inqilab edəcəyini vəd edir. Alimlər peyklərin orbitə yerləşdirilməsi üçün yeni üsul təklif ediblər.

O, Yer səthindən inanılmaz sürətlə məlumat əldə etməyə imkan verir.

SİA-nın məlumatına görə, bunu “The Daily Galaxy” yazır. ...Harbin Mühəndislik Universiteti, Çin Kosmos Texnologiyaları Akademiyası və Stivens Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırma, onların metodunun Yerin müşahidəsində inqilab edəcəyini vəd etdiyini söyləyib.

O, planetimizin istənilən nöqtəsini 35 dəqiqəlik fasilələrlə müşahidə etməyə imkan verir.

Alimlərin metodu 891 peykin yerləşdirilməsini nəzərdə tutur. Onların orbit boyu bərabər paylanmış 81 “əsas” peykə, eləcə də hər bir əsasın yaxınlığında 10 “dəstək peyki”nə bölünməsi planlaşdırılır.

Onlar bir-birinə yaxından uçaraq, “peyk sürüsü” deyilən bir şey yaradacaqlar.

Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, peyklər xaotik deyil, koordinasiyalı şəkildə uçacaq, səliqəli çoxluqlar əmələ gətirəcək.

Elliptik orbitlərdən və xüsusi riyazi modeldən istifadə etməklə peyklər bir-birinə nisbətən düzgün mövqedə qalacaqlar. Konfiqurasiyanı tamamlamaq üçün alimlər qrupu Nondominated Sort Particle Swarm Optimization kimi tanınan qabaqcıl optimallaşdırma alqoritmlərindən istifadə edib.

Bu alqoritm əsas orbital nöqtələr arasındakı uyğunsuzluğu minimuma endirmək üçün peykin orbital elementlərini iterativ şəkildə tənzimləyir.

Tədqiqatçıların fikrincə, onların sistemi hər 35 dəqiqədən bir planetin hər nöqtəsinin şəkillərini yeniləyəcək. Bu, təbii fəlakətlərin və ya hərbi əməliyyatların monitorinqində faydalı ola bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə