BYD Macarıstanda öz avtomobil mərkəzini açacaq...

...Çinin BYD şirkəti Macarıstanda avtomobil mərkəzi açmağı planlaşdırır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti və baş direktoru Vanq Çuanfu hökumət başçısı Viktor Orbanla birgə mətbuat konfransında bildirib. Deməli, Yeni BYD mərkəzi bir neçə əsas funksiyanı yerinə yetirəcək: avtonəqliyyat vasitələrinin satışı və texniki xidməti, qəza testlərinin keçirilməsi və Avropa ölkələri üçün modellərin hazırlanması...

Layihə iki minə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

BYD-nin Avropadakı ilk obyekti olan elektrik avtobuslarının yığılması zavodu 2016-cı ildə fəaliyyətə başlayıb və o, həm də Macarıstanda yerləşir.

Hazırda şirkət ölkədə elektriklə işləyən minik avtomobilləri istehsal edəcək ikinci zavod tikir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə