Çin avtomobil istehsalını və satışını artırır...

Çində avtomobil istehsalı və satışı əhəmiyyətli artım göstərir. 2025-ci ilin ilk dörd ayında istehsal illik müqayisədə 12,9 faiz artaraq 10,18 milyon ədədə çatıb. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2025-ci ilin ilk dörd ayında Çində avtomobil satışları illik müqayisədə 10,8 faiz artaraq 10,06 milyon ədədə çatıb.

SİA-nın məlumatına görə, bu barədə “Sinxua” xəbər verir.

Bu yaxınlarda media Çin Maliyyə Nazirliyinin məlumatlarına görə, Çin dövlət müəssisələrinin ümumi mənfəətinin bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artdığını bildirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə