...1971-ci il istehsalı olan Lamborghini Miura kupesi Milanda keçirilən hərracda satılacaq. Nadir avtomobil superkar sinfinin banisi hesab olunur.
SİA xəbər verir ki, Lamborghini Miura-nın təfərrüatları RM Sotheby's hərrac evinin saytında açıqlanıb.
Bu Lamborghini Miura son, performans yönümlü SV versiyasında istehsal edilmiş cəmi 150 kupedən biridir. Bunun üçün ən azı 3,5 milyon dollar almağı planlaşdırırlar.
Lamborghini Miura SV superkarı illər ərzində ABŞ, Fransa, Hollandiya və Portuqaliyada kolleksiyalarda saxlanılıb.
2012-ci ildə avtomobil bərpa olunub və dörd il sonra Concorso Italiano avtosalonunda rəsmi olaraq ən yaxşı Lamborghini kimi tanınıb.
Lamborghini Miura SV qırmızı və qızılı rənglərə boyanıb. Onun salonu mavi dəri ilə işlənib. Paketə kondisioner, elektrik şüşələr və audiosistem daxildir, həmçinin Lamborghini-dən markalı baqaj dəsti də var.
Lamborghini Miura SV dövrünün ən sürətli avtomobillərindən biri idi və tez-tez dünyanın ilk superkarı adlandırılır.
Orta mühərrikli kupe 385 at gücü hasil edən 3,9 litrlik V12 mühərriki ilə təchiz edilmişdir və 5 pilləli mexaniki transmissiya...
O, 100 km/saata 5,7 saniyəyə sürətlənir və maksimal sürəti 290 km/saat təşkil edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə