Çin istehsalı olan Chevrolet Monza Rusiyada satışa çıxarılıb...

Artıq ruslar Çindən gətirilən büdcəli Chevrolet Monza sedanını ala bilərlər. Bu modelin minimum qiyməti 1,5 milyon rubl təşkil edir.

SİA-nın məlumatına görə, bu qiymət Vladivostokda avtomobillərin sifariş əsasında çatdırılmasını təklif edən şirkətlərdən biri tərəfindən müəyyən edilib.

Dual Clutch Enjoy Edition modeli virtual cihazlar paneli və multimedia sistemi olan rəqəmsal kokpit, arxa görüntü kamerası, iqlim nəzarəti, çoxfunksiyalı plastik sükan və oturacaqların parça üzlükləri ilə təchiz edilib.

Moskvada 1,6 milyon rubla dəri salon və geniş seçim dəsti olan avtomobil almaq mümkündür.

Əlavə imkanlara lyuk, smartfonun simsiz doldurulması, iqlim və kruiz-kontrol, quraşdırılmış videoregistrator, elektron park əyləci, işıq diodlu fənərlər, gövdənin altındakı təkər tağları üçün korroziyadan qorunma sistemi, həmçinin rəqəmsal cihazlar paneli və eləcə də Apple CarPlay dəstəyi ilə multimedia sistemi daxildir.

Bütün sedan modelləri iki mühərrik tipindən biri ilə təchiz edilmişdir. Daha sərfəli versiyalarda klassik altı pilləli avtomatik transmissiya ilə işləyən 113 at gücünə malik 1,5 litrlik atmosfer mühərriki var.

Daha yüksək trim səviyyələrində 163 at gücünə malik 1,4 litrlik turbomühərrik, həmçinin altı pilləli avtomatla birləşdirilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə