Lepas və Icar Rusiya bazarında görünə bilər...

İki yeni Çin brendi Rusiya bazarına çıxa bilər.

SİA-nın məlumatına görə, bunu Rolf şirkətinin yeni avtomobil departamentinin direktoru Nikolay İvanov Şanxay avtosalonunda olarkən deyib.

Onun sözlərinə görə, Lepas və Chery Group-un nümayəndəsi İcar Rusiya Federasiyasında təmsil oluna bilər.

İlk Lepas L8 modelinin təqdimatı 2025-ci ilin aprelində Vuhudakı zavodda avtomobilin konveyerdən çıxdığı gün baş tutub.

Brend adı dinamikanı və emosionallığı birləşdirmək istəyini əks etdirir.

“RİA Novosti” xəbər verir ki, brend müxtəlif seqmentlərdə – ailə krossoverlərindən tutmuş fərdi yerləşdirməli modellərə qədər təqdim olunacaq.

Icar 2023-cü ilin aprelində yaradılıb və elektromobillərin istehsalı üzrə ixtisaslaşıb. Chery Icar alt brendini yenidən təşkil edir.

İstehsalçı iCar 03, 03T və V23 modellərinin adını dəyişəcək və yeni iCar V25 Chery brendi altında buraxılacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə