Chery Avropadakı mövqeyini möhkəmləndirməyi planlaşdırır...

...Çinin Chery şirkəti xarici bazarlara genişlənməyə davam edir. Keçən il doqquz sub-brend və birgə müəssisənin məhsulları da daxil olmaqla, dünya üzrə 2,6 milyondan çox avtomobil satıb.

SİA-nın məlumatına görə, indi Chery gözünü Avropaya dikib. Şirkət Almaniyada iki Volkswagen zavodunu – Drezden və Osnabrükdə almaq üçün danışıqlar aparır.

VW-nin xərclərini azaltması səbəbindən zavodların bağlanması planlaşdırılır və Çin tərəfi bunu Avropa bazarına çıxmaq üçün bir fürsət kimi qiymətləndirir.

Chery İnternational vitse-prezidenti Çarli Çjanqın sözlərinə görə, hələlik heç bir qərar verilməyib – şirkət tənzimləmə tələblərini, həmkarlar ittifaqları ilə qarşılıqlı əlaqəni, təchizat zəncirlərini və iqtisadi mümkünlüyü öyrənir.

Hazırda Almaniyada vəziyyət çox ağırdır.

Əgər müqavilə bağlanarsa, alman müəssisələri yeni Lepas brendinin modellərinin istehsalına başlayacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə