“X”dən daha bir YENİLİK

"X” platforması 4K video yükləmək imkanı təklif etməyə başlayıb. SİA xəbər verir ki, bu barədə "TechCrunch” məlumat yayıb. Bildirilir ki, bu, istifadəçilərin cəlb edilməsini artırmaq və onların "YouTube” və ya "Vimeo” kimi digər platformalara keçməsinə mane olmaq məqsədi daşıyır. Bu funksiya tezliklə platformanın bütün ödənişli abunəçiləri üçün əlçatan olacaq.

Qeyd edək ki, indiyədək ödənişli abunəçilər 1080p təsvir ölçüsündə, 8 GB-a qədər və təxminən üç saat uzunluğunda videolar yükləyə bilirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə