“Duster” qiymətinə yeni Mazda krossoveri...

Alıcılar artıq bu modeli yüksək qiymətləndiriblər...

...Yeni ucuz krossover Mazda EZ-60 artıq rəsmi spesifikasiyalarla məxfilikdən çıxarılıb. "Duster" qiymətinə malik avtomobil müasir texnologiyaları və dəbli dizaynı ilə seçilir. Bunun sayəsində avtomobil əsl ajiotaj yaradıb.

SİA-nın məlumatına görə, bununla bağlı təfərrüatlar Carscoops-a məlum olub.

2026-cı il Mazda EZ-60-ın Şanxay avtosalonunda debütündən sonra 48 saat ərzində avtomobil Çinli alıcılardan qabaqcadan 10.060 sifariş gəlib.

Yeni Mazda EZ-60 2026 model ili parlaq dizayn və müasir avadanlıq alıb. Eksteryer 2024-cü il Mazda Arata konseptinin üslubunda dizayn edilib.

Elektrik modifikasiyası (258 at gücü) akkumulyatordan asılı olaraq 520 və 630 km məsafə qət edir.

Mazda EZ-60 hibridinin (238 at gücündə) ümumi məsafəsi 1000 km-dir. Mazda EZ-60-ın qiyməti hələ açıqlanmayıb. Çin üçün baza qiymətinin 20-25 min dollar aralığında olacağı gözlənilir. Yəni Renault Duster səviyyəsində.

Avropada avtomobil Mazda CX-6e adı ilə çıxacaq, lakin daha bahalı olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə