...Nissan Xterra modelini canlandıraraq yolsuzluq seriyasını genişləndirməyi planlaşdırır. O, Jeep Wrangler və Ford Bronco-ya meydan oxuyacaq.
SİA xəbər verir ki, Carscoops saytında yeni Nissan Xterra haqqında məlumat verilib.
Yeni Nissan karkaslı yolsuzluq avtomobili haqqında məlumat uzun müddətdir ki, yayılırdı və bu yaxınlarda təsdiqləndi. Nissan-ın Şimali Amerika baş direktoru Kristian Menye Xterra modelini canlandırmaq fikrində olduğunu və artıq onun üzərində işlədiklərini qeyd edib.
...Bundan başqa, məlum olub ki, noyabrda Las-Veqasda keçiriləcək SEMA tüninq şousunda istehsaldan əvvəlki konsept Nissan Xterra təqdim olunacaq.
O, Ford Bronco, Jeep Wrangler və Toyota 4Runner modellərinin çərçivə analoqu olacaq. Plan bu avtomobillərdən ildə 80 000 ədəd istehsal etməkdir ki, onların da əksəriyyəti Şimali Amerikada satılacaq.
Yeni Nissan Xterra haqqında hələ çox az məlumat var.
İlkin məlumatlara görə, o, elektrikləşdiriləcək: benzin generatoru ilə plug-in hibrid qurğu ona elektrik dartma ilə təxminən 110-160 km getməyə imkan verəcək və ümumi güc ehtiyatı demək olar ki, 1000 km-ə çatacaq.
Yada salaq ki, Nissan Xterra karkaslı yolsuzluq avtomobili 1999-2015-ci illərdə istehsal edilib. Ümumilikdə iki nəsildən ibarət bir milyondan çox avtomobil satılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə