Hongqi Leapmotor əsaslı elektrik avtomobilini buraxacaq

...Çin avtomobil nəhəngi FAW-ın Hongqi brendi Leapmotor ilə strateji tərəfdaşlıq elan edib. Müqaviləyə əsasən, Hongqi yeni elektrik avtomobillərinin istehsalı üçün LEAP 3.5 modul platformasından istifadə etməyə başlayacaq.

SİA-nın məlumatına görə, bu əməkdaşlığın ilk məhsulu 2026-cı ilin ikinci yarısında bazara çıxacaq.

Şirkətlər arasında bağlanan müqavilə təkcə elektromobillərə deyil, hibridlərə də aiddir. Leapmotor Hongqi-yə təkcə avtomobil arxitekturası deyil, həm də bütün rəqəmsal sistemlər daxil olmaqla, demək olar ki, bütün texnologiyalarına çıxışı təmin edəcək.

İlk belə model bu yaxınlarda nümayiş etdirilən Leapmotor B10 elektromobili əsasında qurulacaq, lakin baş dizayner Giles Taylorun sözlərinə görə, avtomobil Hongqi brendinin imza üslubunu və estetikasını saxlayacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə