Toyota və Şanxay bələdiyyə hökuməti Lexus elektrik avtomobillərinin istehsalı üçün yeni zavodun tikintisi ilə bağlı strateji razılaşma əldə ediblər.
SİA-nın məlumatına görə, istehsal sahəsi tamamilə Yapon şirkətinə məxsus olacaq və Cinşan rayonunda yerləşəcək.
Buraxılış 2027-ci ilə planlaşdırılır. Layihəyə sərmayə qoyuluşu 14,6 milyard yuan (təxminən 2,02 milyard dollar) təşkil edəcək.
Zavod təxminən 1,12 kvadratmetr sahəni tutacaq.
Burada Lexus avtomobillərinin özündən əlavə, elektromobillər üçün akkumulyatorlar da istehsal edəcək. Zavod Lexus avtomobillərinin istehsalının lokallaşdırılması səviyyəsini 95 faizə çatdıracaq.
Bu, maya dəyərini əhəmiyyətli dərəcədə azalda bilər və son məhsulu idxal olunan versiyalardan 15-20 faiz daha ucuz edə bilər.
Qeyd edək ki, bu həm də Toyota üçün mühüm strateji addımdır. Əvvəllər şirkət Çində yalnız birgə müəssisələr vasitəsilə fəaliyyət göstərirdi.
Öz istehsalına başlamaq qərarı, Toyota elektrik avtomobillərinin ümumi satışların 1 faizdən az hissəsini təşkil etdiyi Çin elektromobil bazarında artan rəqabətlə bağlıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə