“Samsung” gadjetların nasazlıqlarını proqnozlaşdırmağı öyrənəcək

...“Samsung” Korporasiyası məişət cihazlarının nə vaxt sıradan çıxacağını təxmin edə bilən AI Pre-Care Notification funksiyasını təqdim edib.

SİA-nın məlumatına görə, SamMobile nəşri buna diqqət çəkib.

“Samsung”un məişət texnikası istifadəçilərinə təqdim olunan texnologiya süni intellektə (AI) əsaslanır. Sistem cihazın istifadə qaydasını və onun hazırkı vəziyyətini təhlil edir. Bu məlumatlara əsasən, neyroşəbəkə cihazın texniki dəstəyə ehtiyac duyacağını və ya nə vaxt sıradan çıxacağını proqnozlaşdıra bilər.

Nümunə olaraq şirkət Samsung soyuducusunu göstərib: AI Pre-Care Notification funksiyası məişət cihazlarının gələcək nasazlıqları barədə məlumat verə, soyuducu axınının səviyyəsini müəyyən və istifadəçiyə xidmət mərkəzinə müraciət etməyi tövsiyə edə bilər.

İstehlakçı SmartThings tətbiqi vasitəsilə avadanlığın vəziyyəti haqqında bildirişlər alacaq. Hazırda yeni funksiya markalı kondisionerlər, hava təmizləyiciləri, soyuducular, qabyuyan maşınlar, quruducular, induksiya sobaları, mikrodalğalı sobalar, robot tozsoranlar və paltaryuyan maşınlarla işləyir.

...AI Pre-Care Notification AI Subscription Club abunə xidmətinin istifadəçiləri üçün əlçatandır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə