…ABŞ-da 1995-ci il istehsalı olan Ferrari F50 superkarı hərraca çıxarılıb. Nadir avtomobil məşhur amerikalı modelyer Ralf Lorenə məxsus olub.
SİA-nın məlumatına görə, avtomobil RM Sotheby's hərrac evinin saytında nümayiş etdirilib.
Qeyd edilməlidir ki, Ralf Lauren köhnə avtomobillərin məşhur kolleksiyaçısıdır. Xüsusilə, onun 40 milyon dollar dəyərində 1937-ci il istehsalı olan Bugatti 57 Atlantic avtomobili, McLaren F1 superkarı, unikal Mercedes SSK Trossi və 20-40 milyon dollar dəyərində bir neçə klassik Ferrarisi var.
1995-ci ildə o, brendin o zamankı ən qabaqcıl modeli olan Ferrari F50 almağa qərar verib.
Bu superkar 4,7 litrlik 520 at gücünə malik V12 mühərriki ilə təchiz edilib ki, bu da Formula 1 avtomobilinin mühərriki əsasında hazırlanıb.
Ferrari F50 superkarı 100 km/saata 3,7 saniyəyə sürətlənir və 325 km/saata çatır.
Bu avtomobillərdən yalnız 349-u istehsal edilib.
Ralf Lauren nadir sarı rəngdə Ferrari F50 alıb (ABŞ-da cəmi iki belə avtomobil var idi), lakin 2003-cü ildə o, superkarı satmaq qərarına gəlib.
Onu çox nadir hallarda eksklüziv avtomobil sürən Virciniyadan olan cütlük kolleksiyaçı alıb.
Bu Ferrari F50 superkarı sonuncu dəfə 2009-cu ildə avtosalonunda görünüb.
Nadir avtomobil əla vəziyyətdədir və onun 30 ildən artıq yürüşü cəmi 8700 km-dir. Zaman kapsulunun hərracda 7,5 milyon dollara qədər satılacağı gözlənilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə