…Dubayda yeni Bentley Batur Convertible-ın təqdimatı keçirilib. Məhdud buraxılışlı kabriolet markanın ən bahalı avtomobili və W12 mühərrikli sonuncu modelidir.
SİA-nın məlumatına görə, eksklüziv Bentley Batur kabrioleti Britaniya avtomobil istehsalçısının saytında elan edilib.
Bentley Batur idman avtomobili brendin ən dəbdəbəli modelləri üzrə ixtisaslaşan Mulliner bölməsi tərəfindən hazırlanıb.
Təxminən 2,5 milyon dollar dəyərində olan bu kabrioletlərdən yalnız 16-sı istehsal ediləcək və müştərilər avtomobillərini fərdiləşdirə biləcəklər.
Yeni Bentley Batur Convertible modeli Dubayda klassik British Racing Green rəngində nümayiş etdirilib və onun salonu bahalı dəri ilə işlənib.
Eksteryer və interyerdə karbon fiber dekorasiya və narıncı əlavələr var. Bentley Batur kupesi kimi, kabriolet də uzun kapota, geniş radiator barmaqlığına, ensiz LED faralara eləcə də arxa fənərlərə malikdir.
Onun yumşaq damı 50 km/saat sürətlə 19 saniyəyə elektriklə qatlanır. Bentley Batur Convertible iki turbolu 6,0 litrlik W12 ilə təchiz ediləcək son model olacaq.
Mühərrik müasir ekoloji standartlara uyğun olmadığına görə dayandırılıb. Bentley Batur-da bu mühərrik 750 at gücünə malikdir və 1000 N∙m… 8 pilləli robotla kabriolet 330 km/saatdan çox sürətə çata bilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə