…Çin avtomobil sənayesi tarixi bir irəliləyiş əldə etdi: Çindən kənarda Dolphin Mini kimi də tanınan BYD Seagull elektrik avtomobili 2025-ci il Dünya Avtomobil Mükafatlarında “Ən yaxşı şəhər avtomobili” mükafatını qazandı.
Avtomobil sənayesində dünyada ən nüfuzlu şirkətlərdən biri sayılan bu müsabiqədə Çin brendinin ilk qələbəsidir.
SİA-nın məlumatına görə, BYD Seagull 2023-cü ildə Çinin daxili bazarında debüt edib.
Elektromobilin uzunluğu 3,8 metr, təkər bazası isə 2,5 metrdir və 75 at qüvvəsi və 135 Nm fırlanma anı hasil edən mühərriklə təchiz edilib.
Elektrikli avtomobil CLTC standartına uyğun olaraq 305 və ya 405 kilometrə qədər məsafəni təmin edən 30,08 və ya 38,88 kVt/saat tutumlu akkumulyatorlarla işləyir.
Çin bazarında modelin qiyməti 69 900 yuandan başlayır ki, bu da hazırkı məzənnə ilə təxminən rus pulu ilə 790 min rubla bərabərdir.
“Daily-motor.ru” nəşri qeyd edir ki, BYD Seagull-un şəhər avtomobilləri kateqoriyasında qələbəsi Çin avtomobil sənayesinin artan keyfiyyətinin və qlobal rəqabət qabiliyyətinin mühüm siqnalıdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə