İdxalın əvəzlənməsi təşəbbüsü çərçivəsində təqdim edilən Lada e-Largus elektrik furqonu alıcılar arasında populyarlıq qazana bilməyib. 2025-ci ilin ilk üç ayında bu modelin yalnız bir avtomobili Rusiyada satıldığı qeydə alınıb.
SİA-nın məlumatına görə, elektrikli mikroavtobusun qiyməti, hətta bütün mümkün üstünlüklər və endirimlər nəzərə alınmaqla, təxminən 3 milyon rubl təşkil edir.
Bu, benzin analoqlarının və hətta bəzi xarici istehsalı olan elektrik avtomobillərinin dəyərini əhəmiyyətli dərəcədə üstələyir.
Və bu da potensial sahiblər üçün yeni məhsulun cəlbediciliyini azaldır.
E-Largus-a az maraq göstərən amillər arasında ekspertlər aşağıdakıları qeyd edirlər:
-Qiymət şişirdilmişdir - təxminən 3 milyon rubl.
-Doldurma stansiyalarının kifayət qədər inkişaf etməmiş şəbəkəsi.
-Rəqiblərlə müqayisədə təvazökar texniki parametrlər.
-Yerli avtomobil istehsalçısının təklif etdiyi yeni texnologiyaya skeptik münasibət.
Bu arada məlum olub ki, Rusiya Federasiyasında avtomobillərin qiyməti 25 faiz artacaq,..və bəlkə də elə buna görədir ki, rusiyalılar köhnə avtomobillərdən möhkəm yapışaraq, təmirə dəyişməyə üstünlük verirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə