Populyar ucuz Toyota modelləri bazarda səs-küyə səbəb olur

Hibrid modellər üçün növbələr bir neçə ay uzanır…

...Toyotanın hibrid modelinin satış statistikası artır. Bunlar ucuz, qənaətcil və çox populyar avtomobillərdir. Əvvəllər şirkət hətta belə avtomobillərin Toyota-nın elektromobilləri üçün təhlükəyə çevriləcəyindən ehtiyat edirdi. Nə olursa olsun, hibridlər kifayət qədər səs-küyə səbəb oldu. Toyota hibridləri getdikcə bugünkü bazarda alıcıların seçiminə çevrilir. Xüsusilə elektriklə işləyən avtomobillərə tələbatın sərin olması fonunda…

SİA xəbər verir ki, “Reuters” məlumat yayıb.

Avropa və Yaponiyada hibrid Toyota avtomobilləri üçün növbələr aylarla uzanır.

Hindistanda gözləmə müddəti bir ilə qədər ola bilər.

Hazırda şirkət istehsal gücünün artırılması üzərində işləyir. Elektrik mühərrikləri üçün komponentlərin tədarükçüləri tərəfindən də problemlər var.

Şirkət artıq klassik elektrikli avtomobillərin populyarlığı ilə bağlı təxminlərini aşağı salıb.

Xüsusilə yüksək hibrid satışların təzyiqi altında.

Bu onunla bağlıdır ki, hazırda şirkətin sıralarında tam elektriklə işləyən modellər çox azdır.

Eyni zamanda, demək olar ki, hər bir Toyota avtomobili üçün hibrid versiya təklif olunur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə