…2025-ci ilin birinci rübündə elektrik avtomobil istehsalçısı Polestar, keçmiş Tesla sahiblərinin fəal iştirakı sayəsində keçən ilin əvvəli ilə müqayisədə 76 faiz çox avtomobil satıb.
SİA-nın məlumatına görə, bunu NV yazır.
Polestar şirkəti Polestar 2 elektrik fastback və Polestar 3 elektrik yolsuzluq avtomobilini təqdim edir. Polestar 4 elektrik yolsuzluq avtomobili tezliklə satışa çıxarılacaq. Avtomobil istehsalçısı satış rəqəmlərini modellərə görə bölmür, lakin son hesabatında bu ilin ilk üç ayında ümumilikdə 12 304 avtomobil satdığını bildirib. Bu, keçən ilki rübdə 6975 avtomobillə müqayisədə xeyli yaxşıdır.
…Bu nəticələr, xüsusən də İsveç markasının əsas rəqibi Tesla-nın problemləri qarşısında əl atdığı “aktiv satış” strategiyası sayəsində əldə edilib.
Digər şeylərlə yanaşı, şirkət yeni Polestar 3 krossoverini icarəyə götürmək istəyən Tesla sürücülərinə 5000 dollara qədər endirimlər təklif edib.
Polestar Tesla sürücülərinə bonuslarını təklif etməyə başladıqdan sonra satış rəhbəri Jordan Hofmann LinkedIn-də Polestar 3 üçün sifarişlərin "inanılmaz" olduğunu yazıb.
Polestarın endirimlərinin müddəti məlum deyil, çünki Tramp administrasiyasının tətbiq etdiyi tariflərin təsiri avtomobillərin qiymətlərini artıra bilər.
Polestar öz modellərini ABŞ və Çində istehsal edir.
Şirkət həmçinin 2025-ci ilin ikinci yarısından etibarən Polestar 4-ü Cənubi Koreyada istehsal etməyi planlaşdırır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə