Volkswagen Çində böyük uğursuzluq yaşayır..?

Volkswagen 2025-ci ilin 1-ci rübündə Avropada elektrik nəqliyyat vasitələrinin satışlarını artırdı, lakin Çində böyük uğursuzluq yaşadı.

SİA xəbər verir ki, avtomobil istehsalçısının məlumatına görə, Avropada akkumulyatorlu elektrik avtomobillərinə tələbat iki dəfədən çox artıb, Çində isə satışlar 33 faizdən çox azalıb.

Qeyd olunur ki, Almaniyada satılan hər 10 elektromobildən 7-si Volkswagen-dəndir.

Eyni zamanda, əvvəllər Almaniya bazarında birinci yeri tutan Tesla Model Y satışlarının demək olar ki, 70 faizini itirərək yeddinci yerə düşüb.

Tesla elektrik avtomobillərinə tələbatın azalması İlon Maskın mübahisəli açıqlamaları və köhnəlmiş model xətti ilə əlaqələndirilir.

Digər tərəfdən, Çində Volkswagen yerli istehsalçıların ciddi təzyiqi altındadır.

Konsernin Çində ümumi satışları 7,1 faizi azalıb.

Mercedes-Benz və Porsche kimi brendlər ölkədə oxşar çətinliklərlə üzləşirlər.

Buna baxmayaraq, Volkswagen gələcək satış artımına ümid edir. Yaxın aylarda şirkət ID.3 və ID.4X modellərinin yenilənmiş versiyalarını buraxacaq.

Bundan əlavə, yeni Audi brendinin ilk istehsal elektrik avtomobili və Çin tərəfdaşları FAW, SAIC və JAC ilə birgə hazırlanmış üç yeni elektrik avtomobili apreldə Şanxay avtosalonunda təqdim olunacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə