Rusiyada Çin markalı avtomobil salonları kütləvi şəkildə bağlanır…
…Rusiyada 2025-ci ilin birinci rübündə Çin markalı 213 avtosalon bağlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.
SİA-nın məlumatına görə, ekspertlər kütləvi bağlanmaları rusiyalı investorların Çin avtomobil sənayesinə marağını itirməsi ilə əlaqələndirirlər.
Müqayisə üçün qeyd edək ki, bütün 2023-cü ildə 187, 2024-cü ilin birinci rübündə isə 67 avtosalon bağlanıb. Bağlananların sayında liderlər bunlardır: Bestune - 26 diler, Kaiyi - 20 və DFM - 16. Həmçinin, Geely, Jaecoo, Jetour və Jetour kimi markalar ilk onluğa daxil olublar
Çətinliklərə baxmayaraq, Chery bütün xarici brendlər arasında avtomobil salonlarının sayına görə liderliyini qoruyub saxlayır - 206 xal.
Ondan sonra Changan (200 salon) və Geely (199 salon) gəlir. Bəzi brendlər şəbəkələrində bir qədər azalma göstərdilər: Jetour – 6 faiz (145-ə qədər), Exeed və JAC – 2 faiz.
Bunun fonunda bazarda iştirakını 75-dən 80-ə yüksəldən Haval Pro, həmçinin 24 yeni salon açan KGM brendi fərqlənir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə