2025-ci ildə alınacaq ən etibarlı avtomobillər...

Siyahıdakı modellərin təxminən yarısı ucuz avtomobillərdir...

…Mütəxəssislər 2025-ci il üçün ən etibarlı avtomobillərin siyahısını tərtib ediblər.Bu, işlənmiş avtomobil almağı planlaşdıranlar üçün faydalı məlumatdır.

Siyahıdakı modellərin təxminən yarısı ucuz avtomobillərdir, qalanları təkrar bazarda xeyli ucuzlaşıb.

Etibarlılıq baxımından ən yaxşı modelləri Carscoops J.D. Power şirkətinin məlumatlarına əsaslanaraq bildirir. Müəlliflər 2022-ci ildən etibarən, yəni 3 yaşı olan avtomobilləri tədqiq ediblər.

Siyahı avtomobilin istismarı ilə bağlı fikirlərini bölüşən sahiblərin rəyləri əsasında tərtib edilib. Bu vəziyyətdə etibarlılıq 100 maşına düşən nasazlıqların sayı ilə müəyyən edilir.

Göründüyü kimi, reytinqdə Yaponiya və Amerika avtomobilləri üstünlük təşkil edir.

SİA-nın məlumatına görə, 2025-ci ilin ən etibarlı avtomobilləri:

• Cadillac XT6;

• Chevrolet Corvette;

• Chevrolet Silverado;

• Chevrolet Silverado HD;

• Chevrolet Tahoe;

• GMC Acadia;

• BMW 3 seriyası;

• Lexus GX;

• Mercedes GLC;

• Nissan Kicks;

• Nissan Murano;

• Toyota Avalon;

• Toyota Camry;

• Toyota Corolla;

• Toyota RAV4;

• Toyota Sienna;

• Toyota Tacoma.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə