...2025 Mercedes Vito seriyası daha böyük akkumulyatorlu yeni elektrik versiyası ilə genişləndirilib.
SİA-nın məlumatına görə, kommersiya modeli Avropada 46 min avrodan başlayan qiymətə satışa çıxarılır.
Elektrikli furqonun təfərrüatları Mercedes-Benz-in rəsmi saytında açıqlanıb.
Yeni Mercedes eVito EQV modelindən böyüdülmüş 90 kVt/saat batareya ilə təchiz edilib. Enerji ehtiyatı 480 km-ə qədər artıb. Elektrik avtomobili 110 kVt-a qədər güclə sürətli enerji doldurmanı dəstəkləyir: bu rejimdə enerjini 40 dəqiqə ərzində 80 faiz artırmaq olar.
Böyük akkumulyatorlu Mercedes Vito elektrik avtomobili 115 və 204 at gücünə malik mühərriklərlə təqdim olunur. Əvvəlcə modelin yük versiyası bazara təqdim edildi. Mercedes eVito furqonu 5160 və 5390 mm uzunluqlu versiyalarda mövcuddur və yük bölməsinin həcmi 6,6 kubmetrə qədərdir. Avtomobilin yükgötürmə qabiliyyəti müvafiq olaraq 714 və 582 kq-dır.
Yeni Mercedes eVito kifayət qədər zəngin təchiz olunub - onun 10,25 düymlük sensor ekranı, açarsız giriş, kruiz-kontrol, arxa görüntü kamerası, işıq və yağış sensorları, avtomatik əyləc sistemləri, zolaqda saxlama, yol nişanlarının tanınması, kor nöqtələrə nəzarət və sürücü yorğunluğu var.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə