NASA Cygnus kosmik gəmisini ISS-ə göndərməkdən imtina edib

…NASA yaxın gələcəkdə Northrop Grumman-ın Cygnus yük gəmisini Beynəlxalq Kosmik Stansiyaya göndərməkdən imtina edir.

SİA-nın məlumatına görə, bu barədə “ArsTechnica” bildirib.

…Bundan əvvəl Floridaya daşınma zamanı içərisində Cygnus olan yük konteyneri zədələnmişdi. NASA və Northrop Grumman tərəfindən aparılmış son təhlillər gəminin yük modulunun zədələndiyini və iyun ayında NG-22 missiyasına buraxılmasını mümkünsüz etdiyini müəyyən edib.

Cygnus-un növbəti missiyası NG-23 payızda planlaşdırılıb. NG-22-ni kompensasiya etmək üçün aprel ayına planlaşdırılan SpaceX Dragon missiyasını (CRS-32) yüklə tamamlamaq planlaşdırılır. NASA-nın araşdırdığı digər variantları ISS-ə Starliner və ya Dream Chaser kosmik gəmisinin göndərilməsi daxildir.

Cygnus kosmik gəmisini daşıyan Falcon 9 raketi bu ayın əvvəlində Floridadakı Cape Canaveral Hərbi Hava Qüvvələri Stansiyasından Beynəlxalq Kosmik Stansiyaya uçub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə