70-ci illərin qeyri-adi italyan superkarı yeni obrazda canlandırılıb
…Parlaq superkar Peralta S Meksikada təqdim olundu. Avtomobil 1972-ci ilin məşhur Maserati Bumeranq-ın müasir versiyasıdır.
SİA-nın məlumatına görə, qeyri-adi avtomobilin təfərrüatları onu hazırlayan GFG Style şirkətinin saytında açıqlanıb. Peralta S, Maserati Bumeranqın dizaynını edən Giorgetto Giugiaro'nun oğlu stilist Fabrizio Giugiaro tərəfindən hazırlanmışdır.
Avtomobili meksikalı kolleksiyaçı sifariş edib. Məşhur əcdadı kimi, superkar da geniş şüşə sahəsi ilə rasional paz formalı dizayna malikdir.
Peralta S-in ənənəvi qapıları yoxdur - ön şüşə və damın bir hissəsi aşağı qatlanır. Yan pəncərələr yuxarı qalxır.
70-ci illərin üslubu müasir xüsusiyyətlərlə birləşdirilib - LED optika, güzgülər əvəzinə kameralar və geri çəkilə bilən spoyler.
Avtomobil ən son Maserati MC20 superkarına əsaslandığı üçün dizaynda karbon və alüminiumdan istifadə edilir.
Peralta S interyerində karbon lifi və dəri də üstünlük təşkil edir. Maserati Bumeranq-ın avanqard interyeri kopyalanmayıb, donor avtomobildən götürülüb.
Güc bloku da Maserati MC20 kupesindən götürülüb. Xatırladaq ki, standart superkar 630 at gücü hasil edən 3,0 litrlik tvin-turbo V6 ilə təchiz edilib. Və 100 km/saat sürəti 2,9 saniyəyə yığa və 325 km/saat sürətə çatmağa qadirdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə