Cənubi Koreyalı alimlər “əbədi” nüvə batareyası yaradıblar…

…Daequ Gyeongbuk Elm və Texnologiya İnstitutunun tədqiqatçıları əsrlər boyu təkrar doldurulmağa ehtiyac duymadan cihazları enerji ilə təmin edə bilən nüvə batareyası üçün yeni konsepsiya təqdim ediblər.
SİA xəbər verir ki, bu barədə Amerika Kimya Cəmiyyəti (ACS) məlumat yayıb.

Texnologiya zaman keçdikcə sıradan çıxan və müntəzəm doldurulma tələb edən litium-ion batareyalarının dəyişdirilməsinə, onların dronlar, məsafədən zondlama sistemləri və hətta tibbi implantlar kimi texnologiyalarda istifadəsini məhdudlaşdırmağa yönəlib.

Məlumata görə, yeni akkumulyator beta-voltaik prinsipi - beta radiasiya enerjisinin elektrik enerjisinə çevrilməsi prinsipinə əsaslanır. Bunun üçün alimlər yalnız beta hissəcikləri buraxan radiokarbon (karbon-14) kimi tanınan karbonun radioaktiv izotopundan istifadə ediblər.

Radiokarbon nüvə reaksiyalarının əlavə məhsuludur və aşağı qiymətinə, mövcudluğuna eləcə də təkrar istifadəyə yararlılığına görə ekoloji cəhətdən təmiz alternativ ola bilər. Eyni zamanda, onun çox ləng çürüməsi nəzəri cəhətdən min illərlə işləməyə qadir olan uzunmüddətli batareya vəd edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə