...WinFuture portalı Samsung Galaxy S25 Edge smartfonunun rəsmi renderlərini dərc edib. Cihazın dizaynı əvvəllər məlum idi, yeni şəkillər bunu bir daha təsdiqlədi.
Samsung Galaxy S25 Edge-i üç əsas rəngdə almaq mümkün olacaq: Jet Black, Icyblue və Silver. Digər rənglər də olacaq, ancaq Samsungun rəsmi internet saytı vasitəsilə onlayn sifariş etdikdə.
SİA-nın məlumatına görə, texniki cəhətdən cihaz S25 Plus-ın təkmilləşdirilmiş versiyası olacaq: eyni 6,7 düymlük ekran, lakin korpus qalınlığı cəmi 5,8 mm olacaq. Gələcəkdə bu smartfon çıxdığı zaman ultra nazik iPhone 17 Air ilə birbaşa rəqabət aparmalı olacaq.
Qalınlığı azaltmaq üçün bir neçə güzəştə getmək lazım idi: birincisi, yalnız iki kamera olacaq – 200 meqapiksellik geniş bucaqlı və 12 meqapikselli ultra geniş bucaqlı; ikincisi, akkumulyatorun tutumu cəmi 3900 mAh olacaq ki, bu da adi Galaxy S25-dən 100 mAh azdır.
Təxmini qiymət: 1200-dən 1300 avroya qədər…
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə