...Çinin “Lixiang” avtomobil markası Rusiyada rəsmi olaraq “Sinomach Auto” konserni ilə təmsil olunacaq. Sinomach Auto şirkətinin törəmə şirkəti olan Hyperion Leasing (Tianjin) işçi axtarışına başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Hyperion Leasing (Tianjin) Moskvada üç vakansiya açıb.
Şirkət Lixiang (Li Auto) brendi üçün hüquqşünas, PR meneceri və zəmanət meneceri axtarır.
“İzvestiya” xəbər verir ki, şirkət Rusiya Federasiyasında rəsmi olaraq satılan markalı avtomobillərə zəmanət və zəmanətdən sonrakı xidmətlər təklif edəcək.
Sinomach Auto Rusiya bazarına 2023-cü ildə daxil olub və Oting və Rox-un baş distribyutoru və idxalçısıdır.
Hazırda şirkətlərin diler şəbəkəsinə 40-dan çox müəssisə daxildir.
…Xatırladaq ki, Toyota yenidən tərtib edilmiş Land Cruiser 300 modelini nümayiş etdirib. Konveyer keçmiş Bridgestone zavodunda yenidən işə salınıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə