İndi maşınlar getdikcə bahalaşır. Nəticədə sürücülərin yeni avtomobil almağa meyli azalıb. Üstəlik, bəzi modellər uzun illər nasazlıq olmadan xidmət edə bilər, buna görə sahiblər onları satmaq istəmirlər.
SİA-nın məlumatına görə, GOBankingRates iSeeCars.com reytinqinə əsaslanaraq sahiblərinin ayrılmağa tələsmədiyi 13 müasir avtomobilin adını çəkib.
Mütəxəssislərin fikrincə, bu modellər ciddi nasazlıqlar olmadan 15 il və ya daha çox işləyə bilər.
Sahiblərinin ayrılmağa tələsmədiyi TOP 13 avtomobil:
1. Toyota Highlander Hybrid
2. Toyota Camry Hybrid
3. Toyota Highlander
4. Toyota Tacoma
5. Toyota Prius
6. Honda CR-V
7. Ford Escape Hybrid
8. Toyota RAV4
9. Lexus IS 350
10. Nissan Versa
11. Toyota Tundra
12. Honda Ridgeline
13. Subaru Forester
Bu reytinqin lideri Toyota Highlander Hybrid oldu. Mütəxəssislərin fikrincə, bu hibrid krossoverin ilkin sahiblərinin 7 faizi ona 15 il və ya daha çox sahib olub. Reytinqə cəmi 7 Toyota modeli daxil edilib. Bu, bir çox sahiblərin bu avtomobilləri sevdiyini göstərir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə