Cek Nikolsonun dəbdəbəli Mercedes avtomobili hərraca çıxarılıb

Böyük Britaniyanın Bonhams hərracında 1972-ci il istehsalı olan "Mercedes 600" salonu hərraca çıxarılıb. Onun 70-90 min funt-sterlinq (90-116 min funt sterlinq) arasında qiyməti gözlənilir. Lüks avtomobil ulduz aktyor Cek Nikolsona məxsus olub.

SİA xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.

Cek Nikolson Mercedes 600 W100-ü təzə almışdı. O zaman bu, dünyanın ən dəbdəbəli və ən innovativ avtomobili idi. Onun sahibləri arasında Con Lennon, Elizabet Taylor, Elvis Presley, Leonid Brejnev, Mao Zedong, Nikolae Ceausescu və başqaları da var idi.

Mercedes 600 onilliklər ərzində Cek Nikolsonun avtomobil kolleksiyasında idi və daha sonra Kaliforniyadakı Petersen Avtomobil Muzeyində nümayiş etdirildi.

Lüks sedan əla vəziyyətdədir. Mercedes 600 W100 1963-cü ildən 1981-ci ilə qədər istehsal olunub və alman brendinin flaqmanı olub.

Bu avtomobillərdən cəmi 2677 ədəd istehsal edilib.

Sedan texniki tərəqqinin təcəssümü oldu, çünki onun iki kondisioneri (ön və arxa), lyuk, kruiz-kontrol, elektrik oturacaqlar, qapılar və baqaj qapağı var idi.

1972-ci il Mercedes 600-ün kapotunun altında 250 at gücü hasil edən 6,3 litrlik yanacaq vuran V8 var. 4 pilləli avtomatik transmissiya ilə 100 km/saat sürətlənmə 9,7 s, maksimal sürət isə 208 km/saat təşkil edir.

Sedan bütün təkərlərdə hidropnevmatik asma və disk əyləcləri ilə təchiz olunub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə