…“Dünyada ilin avtomobili” müsabiqəsinin finalçıları bəlli olub. 2025-ci il üçün dünyanın ən yaxşı avtomobilləri aprelin 16-da Nyu-Yorkda keçiriləcək avtosalonda elan olunacaq.
SİA xəbər verir ki, bu barədə mükafatın saytında məlumat verilib.
Finalçılar 52 yarışan model arasından seçilib. Qələbə uğrunda üç krossover mübarizə aparacaq: BMW X3, Hyundai Inster/Casper Electric və Kia EV3.
Maraqlıdır ki, Cənubi Koreyanın hər iki modeli elektromobildir.
Müsabiqənin hər bir kateqoriyası üzrə üç finalçı da müəyyən edilib.
İlin ən yaxşı elektrik avtomobilləri:
-Hyundai Inster/Casper Electric;
-Kia EV3;
-Porsche Macan.
İlin ən yaxşı premium avtomobilləri:
-Porsche Macan;
-Porsche Panamera;
-Volvo EX90.
İlin ən yaxşı idman avtomobilləri:
-BMW M5;
-Porsche 911 Carrera GTS;
-Porsche Taycan Turbo GT.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə