Subaru Yaponiya pərəstişkarları üçün Crosstrek krossoverinin Limited Sun Blaze Edition adlanan xüsusi məhdud buraxılış versiyasını hazırlayıb.
Yeni versiyada batan günəşin səpələnmiş işığına uyğun eksklüziv narıncı kuzov rəngi, həqiqi tünd boz dəridən hazırlanmış oturacaq üzlükləri, eləcə də narıncı saplarla yumşaq elementlərin tikişi var.
İnteryerdə karbon lifli teksturalı dekorativ panellər əlavə edilib.
Limited Sun Blaze Edition, Crosstrek-də ön və ya tam ötürücülü və yalnız 2,0 litrlik mühərrik, davamlı dəyişən hibrid transmissiya ilə (145 at gücü, 188 Nm) mövcud olacaq.
SİA-nın məlumatına görə, Limited Sun Blaze Edition Limited trim səviyyəsində Subaru Crosstrek qiymətinə 4 faiz əlavə edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə