Təkrar bazarda ən yaxşı 12 avtomobilin adı açıqlanıb...

...Ən aşağı qiymətlər ikinci əl avtomobil bazarındadır. Bununla belə, ən etibarlı modelləri seçmək vacibdir. Bu, sərfəli alış-veriş etməyə kömək edəcək. Mütəxəssislər təkrar bazarda ən yaxşı 12 avtomobilin adını açıqlayıblar. Etibarlılıq işlənmiş avtomobillərin alıcılarını çox maraqlandırır.

SİA-nın məlumatına görə, iSeeCars mütəxəssisləri tərəfindən seçilən bu 12 model hər kəsin alması tövsiyə olunur – onlar kifayət qədər etibarlıdırlar.

Siyahıya işlənmiş Honda Fit, VW Passat və Kia Rio isə ilk üçlüyə daxil olub. Mütəxəssislər tərəfindən seçilən bu 12 işlənmiş avtomobil hər kəsə tövsiyə olunur - onlar kifayət qədər etibarlıdırlar.

Tədqiqat 5 yaşındakı ən yaxşı istifadə olunan minik avtomobillərini müəyyən edib ki, onlar asanlıqla daha 6-11 il xidmət edə bilər.

5 yaşında ən yaxşı işlənmiş avtomobillər:

1. Honda Fit;

2. Volkswagen Passat;

3. Kia Rio 5D;

4. Honda Civics;

5. Mazda 3;

6. Toyota Yaris;

7. Toyota Corolla;

8. Infiniti Q50;

9. Hyundai Elantra;

10. Kia Soul;

11. Honda Civic Coupe;

12. Honda Accord.

Mütəxəssislər statistik məlumatları qiymətləndirmək və ən yaxşı avtomobillərin siyahısını tərtib etmək üçün 700 min işlənmiş avtomobili təhlil ediblər. Minik avtomobilləri seqmentində ən etibarlı işlənmiş avtomobilləri müəyyən etmək üçün məlumatlar 368 milyon nəqliyyat vasitəsi ilə müqayisə edilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə