Atom elektrik avtomobillərinin seriyalı istehsalı iyulda başlayacaq

Tatarıstanın regional Sənaye və Ticarət Nazirliyindən verilən məlumata görə, Atom elektrik avtomobillərinin seriyalı istehsalına 2025-ci ilin iyulunda başlanacaq.

SİA xatırladır ki, Atom elektromobilini hazırlayan AO Kama şirkətinin əsas sərmayəçisi Tatarıstanda yerləşən KAMAZ holdinq şirkətidir.

Yeni rus avtomobilinin istehsal yeri paytaxtın Tekstilşçikidəki "Moskviç" zavodu olacaq.

Regional Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, Atom istehsalının lokallaşdırılması səviyyəsi 70 faizdən çox olacaq.

Taksi şirkətləri, avtomobil paylaşma şirkətləri və fiziki şəxslər hazırda bu avtomobillərin 105 mini rezervasiya ediblər. Eyni zamanda, 13 tam funksional prototip yığılıb və müxtəlif sınaqlardan keçirilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə