Volkswagen 16500 dollarlıq elektrik avtomobilini təqdim etdi

2025-ci il Volkswagen ID.3 elektromobili yeni əlverişli modifikasiya əldə edib. O, Çində 119 900 yuandan (16 500 dollar) başlayan qiymətlərlə satışa çıxarılır.

SİA-nın məlumatına görə, bu barədə alman avtomobil istehsalçısının saytında məlumat verilib. Ən ucuz elektrik avtomobili olan Volkswagen ID.3 Çində SAIC-VW şirkəti tərəfindən istehsal olunur ki, bu da onun maya dəyərini aşağı salır.

Bundan əlavə, hetçbek CATL-dən yeni litium-dəmir fosfat akkumulyatoru alıb. Akkumulyatorun tutumu 53,6 kVt/saat təşkil edir ki, bu da 451 km məsafəni təmin edir.

30-dan 80 faizə qədər sürətli doldurma 48 dəqiqə çəkir - bu, Volkswagen ID.3-ün daha bahalı modifikasiyaları ilə müqayisədə bir qədər yavaşdır.

Arxa oxda olan 170 at güclü elektrik mühərriki dəyişməz olaraq qalır. Xarici olaraq, yeni Volkswagen ID.3 2025 keçənilki elektromobildən heç də fərqlənmir. Lakin interyer müəyyən dəyişikliklərə məruz qalıb: daha böyük 12,9 düymlük sensor ekran quraşdırılıb və klimat-kontrol bloku yenilənib. Bundan əlavə, smartfonlar üçün simsiz enerji dolduran yeni mərkəzi konsol var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə