Keçmiş Saab Britaniya idman avtomobillərini yığacaq

İsveçin Trollhättan şəhərindəki keçmiş Saab avtomobil zavodu Britaniyanın ekzotik idman avtomobilləri olan AC Cobra-nın evi olacaq.

SİA-nın məlumatına görə, Saab-ın əsas məhsullarını böyük miqdarda istehsal edən zavod 2010-cu ildən bəri demək olar ki, şirkət iflasa uğradığına görə, boş vəziyyətdədir.

Qeyd edilməlidir ki, zavod sonrakı illərdə bir neçə dəfə sahibliyini dəyişib. Lakin istehsalı yenidən başlatmaq üçün edilən bütün cəhdlər heç bir nəticə verməmişdi.

Bu gün istehsal kompleksi İsveçin Stenhaga Invest AB investisiya şirkətinə məxsusdur. T-Engineering mühəndislik şirkəti bir vaxtlar Saab-da işləmiş və hələ də Trollhättan və ətraf ərazidə yaşayan mühəndisləri bir araya gətirən kompleksə əsaslanır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə