Yaponiyanın Suzuki Motor şirkəti dünyada yalnız bir avtomobil bazarında - Hindistanda lider mövqe tutur. Cənubi Asiya ölkəsindəki mövqeyini daha da möhkəmləndirmək üçün Suzuki Hindistanda yeni avtomobil zavodu inşa edib və bu zavod istifadəyə verilib.
SİA-nın məlumatına görə, ildə 250 min avtomobil istehsal gücünə malik zavod ölkənin şimalındakı Haryana şəhərində tikilib.
Zavod subkompakt krossover Suzuki Brezza-nın istehsalı üçün istifadə olunacaq. Modelin istehsal nümunələri yaxın günlərdə yeni müəssisənin konveyerindən çıxarılacaq.
…Haryana ərazisi Suzukinin Hindistandakı dördüncü avtomobil zavodudur. Digər üçü isə Qurqaon, Manesar və Qucaratda yerləşir.
Ümumi gücü ildə 2,65 milyon avtomobil istehsal etməyə imkan verir. 2024-cü ilin sonuna qədər Suzuki ilk dəfə olaraq Hindistandakı törəmə şirkəti Maruti Suzuki vasitəsilə 2 milyondan çox avtomobil istehsal edib və 326 236 ədəd xarici bazarlara çatdırılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə