"Apple" ABŞ iqtisadiyyatına 500 milyard sərmayə qoyacaq..?

“Apple” şirkəti ABŞ-da proqram təminatına 500 milyard dollar sərmayə qoyacağını elan edib.

"Apple" şirkəti növbəti dörd il ərzində ABŞ iqtisadiyyatına 500 milyard dollardan çox sərmayə qoyacağını açıqlayıb. Bu nəhəng investisiya inkişaf, süni intellekt və proqram təminatının inkişafına töhfə verəcək.

SİA-nın məlumatına görə, texnologiya nəhəngi həmçinin Hyustonda istehsal müəssisəsi və qabaqcıl istehsalı dəstəkləmək üçün Detroitdə akademiya açacağını bildirib.

Şirkətin icraçı direktoru Tim Kuk Amerikanın innovativ gələcəyinə inamını ifadə edərək, şirkətin ABŞ-dakı inkişafına olan sadiqliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə