...Volvo ES90-ın yeni rəsmi fotoları yayımlanıb.
Premium elektrik sedan E-class martın 5-də təqdim olunacaq. SİA-nın məlumatına görə, bu barədə İsveç avtomobil istehsalçısının saytında xəbər verilib.
Yeni Volvo ES90 S90-ın elektrik varisidir. Böyük sedan Mercedes-Benz EQE, Tesla Model S, Audi A6 e-tron və BMW i5-ə meydan oxuyacaq.
Tizerlərdə əyri dam, yüksək pəncərə xətti və açılan qapı tutacaqları olan Volvo ES90-ın zərif silueti göstərilir. Avtomobil Volvo EX90 elektrik krossoverinin SPA2 platformasına əsaslanır.
Volvo ES90 2025 ölçüləri:
uzunluq - 4990 mm;
eni - 1945 mm;
hündürlüyü - 1547 mm;
təkər bazası - 3102 mm.
Volvo ES90 elektrik avtomobili brendin bütün modelləri arasında ən güclü proqram təminatına sahib olacaq - o, Nvidia tərəfindən hazırlanıb.
Bundan əlavə, o, ən təhlükəsiz Volvo olacaq – o, 12 sensor, 8 kamera, 5 radar və lidar (lazer məsafə ölçən) alacaq.
Volvo EX90 krossoveri çox güman ki, güc aqreqatlarını paylaşacaq.
Bu o deməkdir ki, sedan iki tam ötürücülü, 408 və 517 at gücünə malik ikimühərrikli versiyada istehsal olunacaq, 111 kWh batareya ilə güc ehtiyatı təxminən 600 km olacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə