ABŞ-ın "OpenAI" şirkətinə məxsus "ChatGPT" çat-botunda nasazlıqlar yaranıb. SİA xəbər verir ki, buu barədə “Downdetector” portalı məlumat yayıb. Məlumata görə, ChatGPT-nin işi ilə bağlı ən çox şikayət ABŞ, Böyük Britaniya və Almaniyadan gəlib. Bununla yanaşı, Fransa, İsveçrə, İspaniya, Yunanıstan, İtaliya və digər ölkələrdə də nasazlıqlar müşahidə olunur. İstifadəçilər ən çox ChatGPT-nin işindən (92%) və veb versiyasına daxil olmaqda çətinlikdən (7%) şikayətləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə