Süni intellekt insanın idrak funksiyasının azalmasına gətirib çıxaracaq…

Süni intellekt insanların öz imkanlarını adekvat qiymətləndirməsinə mane olub

...Microsoft və Karneqi Mellon Universitetinin (ABŞ) ekspertləri belə qənaətə gəliblər ki, insanlar süni intellektdən nə qədər tez-tez istifadə edirlərsə, işlərinin nəticələrini tənqidi qiymətləndirirlər.

SİA-nın məlumatına görə, araşdırma korporasiyanın saytında dərc edilib.

Elmi iş çərçivəsində əməyinin xarakterinə görə əqli əməklə məşğul olan 319 nəfərlə müsahibə aparılıb. Mütəxəssislərdən müxtəlif tapşırıqları yerinə yetirmək, eyni tapşırıqları özləri yerinə yetirmək və işin nəticələrini qiymətləndirmək üçün süni intellektdən istifadə etmək istənilib.

Alimlər müəyyən ediblər ki, işçilər süni intellektə nə qədər çox güvənirlərsə, iş nəticələrini və imkanlarını bir o qədər az tənqidi qiymətləndirirlər.

Onlar qeyd ediblər ki, yeni texnologiyalar insanların təfəkkürünə mənfi təsir göstərir və konkret tapşırığın nə dərəcədə düzgün yerinə yetirildiyini adekvat qiymətləndirməyə mane olur.

Mütəxəssislər belə qənaətə gəliblər ki, insanlar primitiv və ya rutin tapşırıqları yerinə yetirmək üçün süni intellektdən istifadə edərkən tənqidi düşüncəyə daha az etibar etməyə başlayırlar.

Başqa sözlə, tapşırıq nə qədər mürəkkəb olsa, insan virtual köməkçiyə bir o qədər az güvənir və daha tez-tez işin nəticələrini iki dəfə yoxlamağa çalışır.

Yanvarın ortalarında İsveçrə Biznes Məktəbinin (SBS) mütəxəssisləri süni intellektdən asılılığı düşünmə bacarıqlarının azalması ilə əlaqələndirdilər. Onlar belə nəticəyə gəliblər ki, uzunmüddətli perspektivdə süni intellekt qaçılmaz olaraq insanın idrak funksiyasının azalmasına gətirib çıxaracaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə