Avropa şirkətləri yeni koalisiya qurub

Avropada 60-dan çox şirkət qitəni süni intellekt sahəsində “dünya lideri” mövqeyinə gətirmək məqsədilə koalisiya qurub.

SİA-nın məlumatına görə, Fransa və Hindistanın həmsədrliyi ilə Parisdə təşkil olunan Süni İntellekt Fəaliyyət Sammiti davam edir. “Le Monde” qəzetinin xəbərinə görə, sammit çərçivəsində 60-dan çox şirkət Avropanı süni intellekt sahəsində “dünya lideri” etmək məqsədilə koalisiya yaratdıqlarını elan edib. Aralarında “Airbus” və “Mistral AI” kimi Avropa şirkətlərinin də yer aldığı koalisiyaya “Avropa İttifaqı Süni İntellekt Çempionları Təşəbbüsü” adı verilib.

Koalisiya həmçinin Avropa İttifaqının (Aİ) süni intellekt sahəsindəki tənzimləmələrini asanlaşdırmağı hədəfləyir. Bu gün başa çatacaq Süni İntellekt Fəaliyyət Sammitinə bir çox dövlət başçısı, nazir və aparıcı texnologiya şirkətlərinin nümayəndələri qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə