Ötən ay Rusiyada nə qədər “Voyah” elektrik avtomobili satılıb..?

...Markanın Rusiya nümayəndəliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, 2025-ci ilin yanvar ayının nəticələrinə görə, Rusiyada 483 yeni “Voyah” avtomobili satılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, satışların əsas hissəsi seriyalı hibrid elektrik stansiyası ilə təchiz edilmiş Free EVR krossoverindən gəlir.

Hazırda Rusiyada Voyah Free EVR-in qiyməti 5.500.000 rubldan başlayır.

Lakin bu qiymət distribyutorun birbaşa endirimlər təqdim etdiyi köhnəlmiş nüsxələrə aiddir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə